Sumqayıtda mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb

10:57 - 11 May 2022 - HADİSƏ

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

APA-nın məlumatına görə, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb. Şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarina aşırıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti