Bakıda polis bölməsində 28 yaşlı gənc intihara cəhd etdi

07:47 - 11 May 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

Ucnoqta.az APA-ay istinadən xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə gətirilib. O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Xəbər xətti