ABŞ Ukraynaya 90-a yaxın haubitsa verdi

23:30 - 9 May 2022 - DÜNYA

ABŞ Prezident Administrasiyasının Ukrayna Silahlı Qüvvələrinə vəd etdiyi M777 tipli 155 mm-lik haubitsaların demək olar ki, hamısı artıq Ukrayna ərazisinə gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon rəsmisi CNN-ə bildirib.
Rəsmi bildirib ki, ABŞ prezident administrasiyası Ukraynaya söz verdiyi 90 haubitsadan 85-dən çoxunu artıq Ukraynaya daşıyıb. Bu haubitsalar üçün vəd edilən 184 000 döyüş sursatından 110 mindən çoxu artıq Kiyevdədir.

"310-dan çox ukraynalı topçu artıq haubitsa atışları üzrə təlimləri başa vurub, daha 50-dən çoxu isə təlim keçir. Bundan əlavə, onlarla Ukrayna hərbçisinə Amerika zirehli transportyorlarının, Phoenix Ghost pilotsuz təyyarələrinin, zenit radarlarının və silahların istifadəsi üzrə təlimlər keçirilir",- məlumatda deyilir.

Xəbər xətti