Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb

16:25 - 9 May 2022 - HADİSƏ

Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb.

Hadisə rayonun Xalxal kəndində baş verib.
Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb.

Məlumata görə, 43 yaşlı D.Həmidov dağa odun gətirmək üçün gedibmiş.

Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.

D.Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir.///report

Xəbər xətti