Bakıda piyadanı vurub qaçan sürücü tutulub

12:56 - 9 May 2022 - HADİSƏ

Bakıda piyadanı vurub qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, mayın 7-də saat 22 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S. Qasımovanın avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə 6-cı Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini Elçin Süleymanov avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti