Mariupolda 25 min insan həlak olub

16:41 - 8 May 2022 - DÜNYA

Ukraynanın Mariupol şəhərində əksəriyyəti mülki şəxslər olmaqla, 25 min insan həlak olub.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Azov alayının kəşfiyyatçısı İlya Samoylenko mətbuata açıqlamasında deyib.

Samoylenko, həmçinin Mariupolda Rusiya tərəfinin itkiləri barədə məlumat verib. Belə ki, 2 500-dən çox Rusiya hərbçisi ölüb, daha 5 min nəfər yaralanıb.

"Biz 60-dan çox tankı məhv etdik. Bu, onların ölkə üzrə itkilərinin 10%-dən çoxdur. Zirehli transportyorlar, artilleriya sistemləri ilə bağlı vəziyyət eynidir. Rusiyadan gələn bütün bombardmanların təxminən 50%-i Mariupolun payına düşür”, - kəşfiyyatçı bildirib.

O, qeyd edib ki, Azov alayı ən yaxşı və effektiv taktikaları araşdırmaq üçün 2014-cü ildən hərbi əməliyyatları təhlil edir. “Buna görə də biz Mariupolu uzun müddətdir saxlayırıq”, - Samoylenko vurğulayıb.

Xəbər xətti