Avtomobil divara çırpılıb - sərnişin ölüb

09:32 - 8 May 2022 - HADİSƏ

Sumqayıtda ölümlə nəticələnən qəza baş verib.

"Samand" markalı minik avtomobili yol kənarında olan divara çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Səmədov Elxan Eldar oğlu həyatını itirib. Nəqliyyat vasitəsinin sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti