Bakıda gənc qızı avtomobil vurub
08:52 - 8 May 2022 - HADİSƏ
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Hüseyn Cavid prospektində yolu keçən 1997-ci il təvəllüdlü Nağıyeva Balaxanım Bəhlul qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.