Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində məktəbə bomba atıb.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, hadisə zamanı məktəbdə 90 mülki şəxs olub. Artıq 30-a yaxın insan dağıntılar altından çıxarılıb, xilasetmə əməliyyatı davam edir.
Bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday Telegram-da məlumat verib.
"Kəndin demək olar ki, bütün əhalisi orada gizlənirdi, hələ evakuasiya etməyə vaxtları olmamışdı. Əvvəlcə işğalçılar yerli Mədəniyyət Evini bombaladılar, insanların gizlənməyə başqa yeri yox idi, ona görə də məktəbə köçdülər", - o, yazıb.
Qurbanların sayı barədə hələlik məlumat verilmir.