Şəmkirdə 54 yaşlı kişi özünə xəsarət yetirib
23:02 - 7 May 2022 - HADİSƏ
Şəmkir rayonunda 54 yaşlı kişi özünə xəsarət yetirib.
“Report”un məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.
Rayon sakini, 1968-ci il təvəllüdlü A.Cabbarov kəsici alətlə qol nahiyəsindən özünə ağır dərəcədə xəsarət yetirib.
O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb.
Hadisənin səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.