Salyan rayonunda 13 yaşlı yeniyetmə hamamda yanıq xəsarətləri alıb.
Ucnoqta.az xəbər verir ki, hadisə Salyan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini , 2009-cu il təvəllüdlü Ə. Manafov hamamda su qızdırıcının partlaması nəticəsində yanıq xəsarətləri alıb.
Yaralı rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.///report