Son sutkada Rusiyanın 3 tankı, 14 PUA-sı, ... silah anbarı məhv edildi

12:14 - 7 May 2022 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri rusların silah-sursat anbarını və texnikalarını məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, Nikolayev vilayətinin İvano-Kepin qəsəbəsində qarşı tərəfin döyüş sursat anbarı və 20 texnikası məhv edilib.

İvano-Kepine kəndi Nikolaev vilayətinin Snigirevski rayonunda, rusların işğal etdiyi Kaxovka və müvəqqəti işğal olunmuş Xerson şəhərinin yaxınlığında yerləşir.
Rusiya ordusu Nikolayev şəhərinin mülki infrastrukturunu raketlərdən və çoxsaylı reaktiv yaylım atəşindən atəşə tutub.

Həmçinin son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 14 PUA-sı, 3 tankı, 8 artilleriya sistemi, 7 zirehli döyüş maşını, 1 avtomobili, 3 mühəndis texnikası məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 8 hava hücumu dəf edilib.

Xəbər xətti