İmişlidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var
10:15 - 7 May 2022 - HADİSƏ
İmişlidə yol qəzası baş verib.
Hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı mikroavtobusun "Mercedes" markalı minik maşını ilə toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///apa