Rusiya 41 əsiri Ukraynaya qaytardı

23:56 - 6 May 2022 - DÜNYA

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.

41 nəfər xilas edilib, onlardan 28-i hərbçi, 13-ü mülki şəxsdir.

Bu barədə Ukrayna baş nazirinin müavini, reinteqrasiya üzrə nazir İrina Vereşçuk “Telegram”da məlumat verib.

“Növbəti əsir mübadiləsi olub. 11-i qadın olmaqla 41 nəfər geri qaytarılıb. 28 hərbçi və 13 mülki şəxs evlərinə qayıdır”, – deyə o qeyd edib.

Xəbər xətti