Qara dənizdə Rusiyanın daha bir gəmisi vuruldu

14:34 - 6 May 2022 - DÜNYA

Qara dənizdə, İlan adası yaxınlığında Rusiyanın daha bir döyüş gəmisində (freqat) partlayışdan sonra yanğın olub.

Ucnoqta.az xəbər verir ki, Odessalı jurnalistlər gəminin Ukrayna tərəfindən Neptun raketi ilə vurulduğunu bildirirlər.

Gəmidə partlayış, ardınca yanğın baş verib. Qəzet qeyd edir ki, gəmidəki yanğınla bağlı məlumat mayın 5-də sosial şəbəkələrdə yayılıb.
Xalq deputatı Oleksiy Qonçarenko da Telegram-da freqatın qəzaya uğradığını təsdiqləyib.

"Bilirsiniz, belə bir "Admiral Makarov" var. Deməli, ona da pis oldu - dəniz tanrısı onu yenidən cəzalandırdı. Başqa bir rus döyüş gəmisi "lazım olan yerə" gedə bilmədi, amma kifayət qədər aldı" - deputat bildirib.
Eyni zamanda, Baş Qərargahın məlumatlarında rusların mayın 6-da daha bir gəmi itirdiyi göstərilir.

“Admiral Makarov” Rusiya Qara Dəniz Donanması ilə xidmətdə olan üçüncü nəsil 11356R freqatıdır.

Xəbər xətti