Füzulidə xəstəxananın vəzifəli əməkdaşı döyülüb - FOTO

09:51 - 6 May 2022 - HADİSƏ

Füzuli Müalicə Diaqnostika Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əliyev Vüqar Abbasəli oğlu döyülüb.

Bu barədə APA-ya Vüqar Əliyev özü məlumat verib.

O bildirib ki, ötən gün saat 16 radələrində, Füzuli rayon sakinləri Orxan Əliyev, atası Oktay Əliyev və yaxın qohumları xidməti otağına gələrək onu təhqir edib, naməlum səbəbdən fiziki xəsarətlər yetirərək döyüblər: " Oktay Əliyev bizim xəstəxanada feldşer kimi çalışıb, lakin yaş həddi ilə bağlı onun əmək müqaviləsinə xitam verilib. Buna etiraz edərək övladı Orxan Əliyev və yaxın qohumları ilə birlikdə məni döyərək xəsarət yetiriblər".

Vüqar Əliyev hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional qrupunun inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Vüqar Əliyevin müraciəti Füzuli rayon Polis Şöbəsinə daxil olub və araşdırma aparılır.

 


Xəbər xətti