Coratda evdə 63 yaşlı kişinin meyiti tapılıb

15:18 - 5 May 2022 - HADİSƏ

Coratda evdə meyit aşkarlanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Corat qəsəbəsində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumata əsasən, çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Məhərrəmov Məhərrəm Cahangir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti