Bank kartından oğurluq edən bacı-qardaş saxlanıldı

11:40 - 5 May 2022 - HADİSƏ

Bakıda bacı və qardaş bank kartından pul oğurlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini olan qadın bank kartından 3000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tehranə Qasımova və qardaşı, Şəki rayon sakini Teymur Davudov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti