ABŞ-ın dövlət katibi koronavirusa yoluxub

01:05 - 5 May 2022 - DÜNYA

ABŞ-ın Dövlət katibi Entoni Blinken koronavirusa yoluxub. Onda Covid-19-un yüngül simptomları aşkar edilib. Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. “Dövlət katibi Entoni Blinkenin koronavirus testi müsbət nəticə verib. O, son günlərdə prezidentlə görüşməyib” – deyə məlumatda bildirilir.

Xəbər xətti