Rusiyanın hərbi helikopteri Finlandiyanın hava məkanını pozub

20:40 - 4 May 2022 - DÜNYA

Rusiyaya məxsus helikopter Finlandiyanın hava məkanına daxil olub.

Bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Rusiya HHQ məxsus Mi-17 tipli helikopter ölkənin hava məkanına icazəsiz 5 kilometr daxil olub. Bu, rus aviasiyasının Finlandiyanın hava məkanına qanunsuz daxil olması ilə bağlı ay ərzində birinci, il ərzində isə ikinci faktdır.

Qeyd edək ki, aprelin 8-də Rusiyaya məxsus hərbi təyyarə qısa müddətə Finlandiyanın hava məkanına daxil olmuşdu.///apa

Xəbər xətti