Şəmkirdə iki yük maşını toqquşub - ölənlər var - FOTO (Təfərrüatlar)

22:17 - 4 May 2022 - HADİSƏ

Şəmkirdə baş verən qəzanın təfərrüatları məlum olub.

Rayon sakini T.Cəfərovun idarə etdiyi “Schacman” markalı yük avtomobili hərəkətdə olarkən əyləc sistemi sıradan çıxıb və o qarşıda gedən digər yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər 2 avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfər ölüb. Hadisəyə səbəb kimi Cəfərovun idarə etdiyi avtomobilin əyləcinin imtina etməsi göstərilir.///apa


19:58

Şəmkirdə ağır yol qəzası baş verib.

Hərəkətdə olan iki yük maşını toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü Asif Əliyev və Elsevər Muxtarov ölüb. 1990-cı il təvəllüdlü Tural Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti