Motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var

19:08 - 4 May 2022 - HADİSƏ

Sabirabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində Sabirabad şəhər sakini, 1982-ci il təvəllüdlü Mustafayev Ramil Sərrafoğlu və daha bir nəfər xəsarət alıb. R.Mustafayev Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digərinin xəsarəti yüngül olduğundan ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti