Bakı-Qazax yolunda maşın aşıb, xəsarət alanlar var

18:16 - 4 May 2022 - HADİSƏ

Hacıqabulda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər -2 kişi, 1 qadın ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

 

Xəbər xətti