Yasamalda maşın betona çırpıldı, sürücü öldü

12:37 - 4 May 2022 - HADİSƏ

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Ötən gecə rayon ərazisində “Chevrolet Niva” markalı minik avtomobili beton maneəyə çırpılıb. Nəticədə avtomobili idarə edən 34 yaşlı kişi aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti