Qəbələdə 57 yaşlı kişi intihar etdi

11:57 - 4 May 2022 - HADİSƏ

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nic qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1965-ci il təvəllüdlü Nəbi Ziyad oğlu Hacıyev özünü həyətyanı sahəsindəki fındıq bağında ağacdan asıb. İntiharın hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti