Daha bir AİLƏ FACİƏSİ - arvadını bıçaqlayıb intihar etdi

11:36 - 4 May 2022 - HADİSƏ

Azərbaycanda daha bir kişi arvadını bıçaqlayaraq intihar edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb.

Eldar adlı kişi həyat yoldaşı S.H-nı (şərti ad) bıçaqlayıb. Arvadının öldüyünü zənn edən kişi daha sonra özünü asaraq intihar edib.

Bıçaqlanan qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti