Biləsuvarda bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Hadisə ötən gün axşam saatlarında rayonun Ovçubərə kəndində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Mirzəyev Səxavət Xalıq oğlu həyətyanı sahəsini suvarmaq üçün qonşusunun həyətindən keçən su kanalını qazaraq təmizləyib. Bundan xəbər tutan qonşusu, 1991-ci il təvəllüdlü Abdullayev Əlizadə Vaqif oğlu onunla mübahisə edib.
Nəticədə Ə.Abdullayev S.Mirzəyevə 8 bıçaq zərbəsi vurub.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Mirzəyevin vəziyyəti ağır qiymətləndirilir.
Daha sonra Ə.Abdullayev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.///report