Göygöldə qəza olub, xəsarət alanlar var

21:50 - 3 May 2022 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hərəkətdə olan “VAZ 2106” ilə “Mercedes” markalı minik maşınları toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti