Qəzadan 10 gün sonra xəstəxanada öldü

15:16 - 3 May 2022 - HADİSƏ

10 gün əvvəl Bakıda baş vermiş yol qəzasında xəsarət alan motosikletçi vəfat edib.

 Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsindəki dairədə (körpünün altında) “Mitsubishi Pajero”ya çırpılan “Bajaj Avenger 220CC” markalı motosikletin sürücüsü Kamran Əliyev yerləşdirildiyi xəstəxanada vəfat edib. Qapalı kəllə beyin travması alan motosikletçi bir neçə gün davam edən tibbi müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti