Bakıda məktəbli qızın intihar etməsinin görüntüləri yayılıb.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə yaxınlıqdakı obyektin təhlükəsizlik kamerasına əks olunub.
Videoda 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan özünü atması və aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşməsi görünür.
Binanın qarşısında dayanan Z.Niyazov qızın intihar etdiyini görüb, onu tutmağa çalışıb, ancaq buna nail ola bilməyib və özü də hadisə zamanı ağır xəsarət alıb.
14:23
Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.
Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən binadan atıb.
Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.