Gürcüstanda güclü zəlzələ - Azərbaycanda da hiss olundu

00:16 - 2 May 2022 - HADİSƏ

Gürcüstanda 5,3 bal gücündə zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Dmanisi rayonunun Yırğançay kəndi yaxınlığında qeydə alınıb.

Yerli vaxtla 23:35-də baş vermiş zəlzələ paytaxt Tbilisidə də hiss edilib.

Dağıntı və tələfat barəsində hələki məlumat yoxdur.
Zəlzələ Gürcüstanla sərhəd olan Qazax rayonunda da hiss olunub.

Xəbər xətti