Bakıda fitnes müəllimi qəfil öldü - FOTO

18:23 - 1 May 2022 - HADİSƏ

Bakıda fitnes müəllimi qəfil dünyasını dəyişib.

Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Fitnes müəllimi Əli Musayev səhər saatlarında ürəktutmadan yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da artıq gec olub. Onun öldüyü məlum olub.

Əli Musayev Yasamal qəbiristanlığında dəfn edilib.


Xəbər xətti