Yardımlıda 52 yaşlı qadın itkin düşüb - FOTO

17:38 - 1 May 2022 - HADİSƏ

Yardımlıda 52 yaşlı qadın itkin düşüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Kürəkçi kəndində baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü kənd sakini Fərəcova Bəsirə Fazil qızı aprelin 29-da sübh vaxtı, saat 4-5 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Həmin gündən etibarən kənd ərazisində axtarışlar nəticə vermədiyindən ailə üzvləri bu barədə polis şöbəsini məlumatlandırıb.

Onu görənlərdən və ya B.Fərəcova barəsində məlumatı olanlardan “055-638-26-00” telefon nömrəsinə xəbər vermələri xahiş olunur.


Xəbər xətti