Rusiya ordusunun Qərargah rəisi Ukraynada yaralandı

16:14 - 1 May 2022 - DÜNYA

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

UNİAN xəbər verir ki, bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman bildirib. Məlumata görə, 66 yaşlı Gerasimov sağ ayağından sümük sınığı olmayan qəlpə yarası alıb. Onun həyati təhlükəsi yoxdur.

Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, hücum zamanı 20 zabit həlak olub.

“Vertical” teleqram kanalı xəbər verib ki, Rusiya Baş Qərargah rəisi Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır və onların təchizatı dayandırılıb.///ordu.az

Xəbər xətti