Şirvanda yataqxana yanğın, sakinlər təxliyə edildi

09:43 - 1 May 2022 - HADİSƏ

Şirvan şəhərində yataqxanada yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti