Tərtərdə dost dostu BIÇAQLADI

23:52 - 30 Aprel 2022 - HADİSƏ

Tərtərdə dost dostu bıçaqlayıb.

Trend-in xəbərinə görə, hadisə rayonun Azad Qaraqoyunlu kəndində baş verib.

Belə ki, süfrə başında yaranan mübahisə zamanı rayon sakini 40 yaşlı Vidadi Salman oğlu Nəzərov həmyerlisi tərəfindən bıçaqlanıb.

Yaralıya tibbi yardım göstərildikdən sonra Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Xəbər xətti