Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

18:12 - 30 Aprel 2022 - HADİSƏ

Lənkəranda yol qəzası baş verib.

Rayonun Girdəni kəndində "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən minik avtomobilləri bir-birinin üstünə çıxıb və birincinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti