İnək 63 yaşlı kişini həyatından etdi

13:06 - 30 Aprel 2022 - HADİSƏ

Neftçala sakinini inək vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Belə ki, iribuynuzlu heyvanlardan biri kənd sakini, 1959-cu il təvəllüdlü Paşayev Rasim Abosət oğlunu qəflətən vurub.

R.Paşayev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti