Ramazan ayının 29-cu gününün duası - İmsak və iftar vaxtı

23:38 - 29 Aprel 2022 - Cəmiyyət

Sabah Ramazan ayının iyirmi doqquzuncu günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-u imsak vaxtı saat 04:07-də, iftar vaxtı isə 19:50-dədir.
İyirmi doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!”

Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!” 

Allah orucunuzu qəbul eləsin!

Xəbər xətti