Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mayın 2-də Brüsseldə Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Armen Qriqoryan “Azadlıq Radiosu”nun efirində bildirib.
Onun sözlərinə görə, görüş mayın 2-də baş tutacaq.
“Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcəyik. Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüş imkanını müzakirə edə bilərik”, - Armen Qriqoryan qeyd edib.