"Bizim müxtəlif ssenarilər əsasında inflyasiya proqnozlarımız var. Bütün proqnozlar inflyasiyanın cari səviyyədə olacağını, hədəfin yuxarı həddinə doğru yaxınlaşacağını göstərir. Hökumətin antiinflyasiya proqramları bu prosesə təsir edir".
Ucnoqta.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında AMB-nin baş direktoru Vüqar Əhmədov bildirib.
O bildirib ki, AMB-nin inflyasiya proqnozu 4+-2%-dir: "Yuxarı hədd dedikdə 6% nəzərdə tutulur, amma ortamüddətli dövrdə 4%-ə yaxınlaşacağını düşünürük".///apa