Almaniya Bundestaqı Ukraynaya ağır silahların tədarükünə razılıq verdi

07:48 - 29 Aprel 2022 - DÜNYA

Almaniya Parlamentinin Aşağı Palatası (Bundestaq) Ukraynanın maraqları dairəsində ağır silahların tədarükü təşəbbüsünü böyük səs çoxluğu ilə təsdiqləyib. Qanun layihəsində deyilir: “Rusiyanın geniş şəkildə beynəlxalq bazarlardan iqtisadi izolyasiyası və blokadası ilə yanaşı hərbi əməliyyatları dayandırmağın ən mühüm və effektiv vasitəsi güclü silahların və mürəkkəb sistemlərin, o cümlədən ağır silahların tədarükünü intensivləşdirmək və sürətləndirməkdir”. Bundestaqın vitse-prezidenti Volfqanq Kubiçkinin sözlərinə görə, qanun layihəsi həm Almaniyanın hakim koalisiyasının üç partiyası, həm də müxalifət mühafizəkarları tərəfindən dəstəklənib və 586 lehinə, 100 əleyhinə, 7 deputat bitərəf olmaqla qəbul edilib.

Xəbər xətti