“Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunmur”
00:54 - 29 Aprel 2022 - DÜNYA
ABŞ bu mərhələdə Rusiyaya qarşı sanksiyaların ləğvi barədə müzakirə aparmır. Bunun üçün ən azı Ukraynada atəşkəs elan edilməsi tələb olunur.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.“İndi Rusiyaya qarşı sanksiyaların ləğvinə dair müzakirə aparmırıq. Bu məhdudiyyətlərin ləğvi üçün ən azı atəşkəs olması şərtdir” – deyə Blinken Konqresdəki dinləmələrdə bildirib.
Dövlət katibi qeyd edib ki, prosesdə Ukraynanın da mövqeyi nəzərə alınır.