23 yaşlı gənc sirkə turşusundan zəhərlənib

20:15 - 28 Aprel 2022 - HADİSƏ

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Qılıncbəyli kəndində baş verib.

1999-cu il təvəllüdlü A.Rüstəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun sirkə turşusu içdiyi müəyyən edilib. Xəstəyə lazimi tibbi yardım göstərilib. 23 yaşlı oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Gənc oğlanın hansı səbəbdən sirkə türşusu içdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti