Azərbaycanda avro rekord səviyyədə ucuzlaşdı – FOTO

15:04 - 28 Aprel 2022 - İQTİSADİYYAT

Son zamanlar avro dollara nisbətən ucuzlaşmağa başlayıb.

Oxu.Az xəbər verir ki, son 12 ay ərzində Avropa valyutası dəyərinin 12%-ni itirib.
Bu, Azərbaycan manatı ilə müqayisədə də özünü büruzə verir. Belə ki, Mərkəzi Bankın bu günə olan məzənnəsində 1 avro 1,78 manata bərabərdir. Bununla da avronun məzənnəsi demək olar ki dollarla eyniləşməyə yaxındır.

Analitiklərin fikrincə, avronun qiymətdən düşməsi Avropa iqtisadiyyatının resessiya perspektivləri ilə izah olunur.

Bundan əlavə, ABŞ-ın inamlı iqtisadi fəaliyyəti investorların dollar yatırımlarına üstünlük verməsi ilə nəticələnib.


Xəbər xətti