Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva anası Zərifə Əliyevanın ad günü münasibətilə paylaşım edib.
Ucnoqta.az xəbər verir ki, o tviterdə valideynlərinin fotosunu paylaşıb.
“Bu gün ailəmizin Ən Dəyərli Günüdür”,- deyə Sevil Əliyeva yazıb.
Qeyd edək ki, bu gün oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 99 il ötür.