Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə deputatlara Putinlə təkbətək söhbətinin ictimaiyyətə açıqlanmayan epizodlarını danışıb.
Ucnoqta.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Rusiya Qərbdən fərqli olaraq Azərbaycan və Ermənistanın tələsik sülh sazişi imzalamasını istəmir. Moskva düşünür ki, rəsmi İrəvan Qarabağ məsələsinin Ermənistan tərəfindən həll edilməli olduğunu bildirməlidir.
Paşinyan deyib ki, əgər sülh sazişinə alternativ yoxdursa və tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyaraq onu imzalayırsa, o zaman rəsmi İrəvan ilk növbədə razılaşmada Ermənistanın Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyinə dair ən azı bir xəttə nail olmalıdır. O, rəsmi İrəvanın Qarabağ ermənilərini büdcə vəsaiti ilə dəstəkləməkdə davam edəcəyini və status məsələsinin sonrakı danışıqlara qaldığını deyib. Belə olan halda Rusiya Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edəcəyinə söz verib.
Paşinyanın sözlərinə görə, Putinlə görüşdə Brüssel razılaşmalarının Rusiya üçün qəbuledilməz olduğu vurğulanıb. Qeyd edilib ki, xüsusən də “Qarabağın statusu” ilə bağlı tələblərin aşağı salınması bu məsələdə Rusiya faktorunu sıfıra endirə bilər.
“Rəsmi Moskva hər kəsin - həm Qərbin, həm də Azərbaycanın yararlanmağa çalışdığı zəifləmiş mövqeyini nəzərə alaraq, istənilən dəyişikliyin onun xeyrinə olmayacağını anladığından nəyin bahasına olursa olsun, mövcud status-kvonu saxlamaq istəyir”,-deyə Paşinyan deputatlarla görüşündə bildirib.
Paşinyan həmçinin, hakim fraksiya üzvlərinə Rusiya prezidenti ilə təkbətək söhbətində status-kvonun saxlanmasının İrəvanın xeyrinə olmadığını deyib. O, “Fərrux məsələsi”ni əsas gətirərək, bunun qəbuledilməz olduğunu vurğuladığını, erməni tərəfinin zaman-zaman ərazi itirdiyini və Ermənistan vətəndaşlarının buna görə onu günahlandırdığını da Rusiya prezidentinin diqqətinə çatdırıb.
Nikol Paşinyanın sözlərinə görə, Putinin məsələni həll edəcəyinə söz verdiyini, Azərbaycanın onların zəifliyindən istifadə etdiyini, lakin bu vəziyyətin uzun sürməyəcəyini deyib.
Pünhan