Çində məktəblər distant təhsilə keçib

07:53 - 28 Aprel 2022 - DÜNYA

Çin paytaxtının hökuməti şəhərin iki rayonundakı təhsil müəssisələrində COVID-19-un yayılması ilə əlaqədar əyani dərsləri ləğv edib. "Report" bu barədə "Beijing Daily"ə istinadən xəbər verir. Söhbət Tonçjou şəhərinin ətrafı və paytaxtın iki mərkəzi rayonundan biri - Xiçenqdən gedir. Tonçjouda orta və ibtidai məktəblərin, eləcə də peşə-texniki məktəblərinin şagirdləri distant təhsilə keçirilib. Uşaq bağçaları da növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb. Əyani dərslərin ləğvi şəhər məktəblərindən birində koronavirusa yoluxma sayının artması ilə bağlıdır. Aprelin 22-dən indiyədək Çinin paytaxtında COVID-19-a 138 yoluxma halı aşkarlanıb. Şəhərin 12 rayonunda səlahiyyətlilər bütün sakinləri koronavirus üçün test etməyə başlayıblar.

Xəbər xətti