Kanada Ukraynaya ən son buraxılış zirehli maşınlar verəcək

22:43 - 27 Aprel 2022 - DÜNYA

Kanada Ukrayna ordusu üçün səkkiz zirehli maşın alacaq. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand Twitter-də məlumat verib. “Kanada “Roshel” şirkətinin istehsalı olan səkkiz zirehli maşının alınması üçün müqavilə imzalayıb və bu maşınlar ən qısa zamanda ukraynalı dostlarımıza təhvil veriləcək”, – deyə o qeyd edib. Nazir əlavə edib ki, Kanada Ukraynaya hərtərəfli hərbi yardım göstərməyə davam edəcək. Kanada ölkədə mövcud olan 37 ədəd “M-777” haubitsasından dördünü Ukraynaya göndərib.

Xəbər xətti