Bakıda 8 yaşlı məktəbli özünü asıb

12:57 - 27 Aprel 2022 - HADİSƏ

Bakıda 8 yaşlı oğlan uşağı intihar edib.

Hadisə paytaxtın Nəsimi rayonu, N.Şahbazov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb. Belə ki, 2014-cü il təvəllüdlü V.M. (ad, soyadı şərti) özünü evdə asıb. Onu evdə anası asılı vəziyyətdə aşkarlayıb.

V.M.-nın məktəbdə sinif yoldaşının incitdiyi iddia edilir.

Baş Prokurorluğunun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər xətti